"Rəqibdən çəkinmədik, onların üstünə getdik" - Qurban Qurbanov

   "Rəqibdən çəkinmədik, onların üstünə getdik" -    Qurban Qurbanov
  09 Sentyabr 2022    Oxunub:705
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda ötən gecə "Frayburq"a (Almaniya) uduzduqları matç (1:2) barədə fikirlərini bölüşüb.
AzVision.az xəbər verir ki, mütəxəssis Bakıda Heydər Əliyev adına Hava Limanında jurnalistlərə açıqlamasında yaxşı mübarizə apardıqlarını deyib:

"Maraqlı oyun oldu. Məğlub olsaq da, sonadək inamımızı itirmədik və yaxşı mübarizə apardıq. Futbolçular getdikcə təcrübə qazanırlar. Əvvəlcə qapımıza penalti təyin olundu, ardınca isə 2-ci topu buraxdıq. Buna baxmayaraq, meydanda konsentrasiyamızı qoruyub saxlaya bildik, rəqibdən çəkinmədik, onların üstünə getdik. Futbolçular böyük iş gördülər. Bu istəyi və inamı qoruya bilsək, daha yaxşı nəticələr olacaq".

Çalışdırıcı 2-ci turda evdə Fransa "Nant"ı ilə keçirəcəkləri görüş barədə də danışıb. Qurbanov Liqa 1 təmsilçisinin oyunlarını izlədiyini deyib: "Bu rəqibin matçlarına baxmışam. Bir az fərqli sistemdə oynayır. Heç də asan rəqib deyil. İlk turdan göründü ki, bütün komandalar iddialıdır. Bakıda oynayacağıq. Rəqibi analiz edib, düzgün oyun qurmağa çalışacağıq. "Nant"a qalib gəlmək istəyiriksə, ilk matçdakından daha çox güc sərf etməliyik. Bəlkə də qrupun ən təhlükəli komandasıdır".

Qeyd edək ki, sentyabrın 15-i Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Nant" matçı saat 20:45-də başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti