Bakının 4 rayonunda şagirdlər aşağı nəticə göstərib

 Bakının 4 rayonunda şagirdlər aşağı nəticə göstərib
  07 Sentyabr 2022    Oxunub:1128
IX siniflərin buraxılış imtahanlarında Bakının 4 rayonun şagirdləri aşağı nəticə göstərib.
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, Xəzər, Qarabağ, Sabunçu, Pirallahı rayonlarında nəticələrin zəif olması ümumi işə zərbə vurur:

"İmtahan nəticələrinin təhlili göstərir ki, şagirdlər arasında ana dilindən irəliləyişlər olsa da, riyaziyyat və xarici dildə geriləmələr var. Bunu pandemiya və sualların çətinliyi ilə əlaqəlindirmək istəməzdim. Biz problemlərin üzərində işləməliyik".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti