"Azərbaycana uzaq səfərimiz olacaq" - "Nant"ın baş məşqçisi
"Əsas oyunçuların bir çoxunu saxlamaqla yanaşı, 4 yeni futbolçu gətirdik. Ancaq daha çox transfer arzulayırdım. Çünki dünya çempionatı ilə əlaqədar təqvim çox sıx olacaq. Avropa Liqasında matçlarımız var. Azərbaycana və Yunanıstana uzaq səfərlərimiz olacaq. Avropa Liqasında da uğurlu çıxış üçün geniş heyət vacib idi. Açığı, transfer dönəmində məyus oldum. Bir tərəfdən də transfer pəncərəsinin bitməsinə sevinirəm. Çünki xəyal qurmağı dayandırdım. Oyunçuların vəziyyəti çox yaxşı deyil. Yorğun və məyusuq".
Qeyd edək ki, "Qarabağ"la "Nant" arasında ilk oyun sentyabrın 15-i Bakıda, 2-ci matç isə oktyabrın 27-si Fransada olacaq.
AzVision.az
Teqlər: