Vertolyotlardan şəhərə enən əsgərlər total təmizləmə işlərinə start verib. Hazırda şəhərin mərkəzində döyüş gedir. Bu barədə yerli administrasiya təmsilçisi bildirib.
Onun sözlərinə görə xeyli sayda insan yaralanıb, lakin onların dəqiq sayı hələlik məlum deyil. Şahidlərin sözlərinə görə bir nəfər federallaşma tərəfdarı ölüb.
Ağır zirehli texnika şəhəri hər tərəfdən mühasirəyə alıb. Slavyansk bütün tüstü içərisindədir.
Məlumata görə, şəhəri havadan reaktiv snaryadlara atəşə tuturlar. Dağıntılar barədə hələlik məlumat yoxdur, deyə Rusiya mətbuatı yazır.
Xatırladaq ki, bir müddət öncə rusmeylli özünümüdafiə dəstələri hökumətin 2 Mİ-24 helikopterini vurublar. 1 pilot, 1-i isəgirov götürülüb.
Yerli özünümüdafiə dəstələrinin məlumatına görə şəhər hücum bu gün səhər saatlarından başlayıb. Ukrayna hərbiçiləri yaşayış mətəqələri boyunca yerləşən bütün blokpostlara havadan zərbələr endiriblər.
Şəhərdə mobil rabitənin də pis işlədiyi bildirilir. Həyəcan siqnalı vasitəsilə yerli sakinlərə şəhərdə müharibənin başladığı xəbər verilib.
Səbinə Həsənova