Məşhur Moldova ansablı Sumqayıtda- FOTO

Məşhur Moldova ansablı Sumqayıtda- FOTO
  02 May 2014    Oxunub:1234
Moldovanın “Flueraş” ansamblı Sumqayıtda çıxış edib.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Moldovanın məşhur “Flueraş” ansamblının konserti olub.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, konsert Azərbaycanda Moldova Mədəniyyət Günləri çərçivəsində keçirilmişdir. Ştefenets qardaşlarının və baletmeyster Yuri Bivolanın rəhbərliyi altında “Flueraş” xalq mahnı və rəqs ansamblının şövqlü çıxışı sumqayıtlı tamaşaçıları valeh edib.

“Flueraş” ansamblının ifasında şən, dinamik və təsirli, müsbət emosiya ilə dolu Moldova mahnı və rəqsləri tamaşaçıları riqqətləndirib. Ansambl ən məşhur xalq rəqslərini – “Xora”, “Sırba”, “Moldavenyaska” və digər rəqsləri coşğunluqla ifa edib. Orijinal ornamentlərlə bəzənmiş milli paltarlarda səhnəyə çıxan rəqqasların hərəkətləri cəld, ahəngdar və gözəl idi, səs-küy və fit səsi ilə müşayiət olunurdu. Kollektivin çıxışına heyran olmuş sumqayıtlılar moldovalı artistlərə çiçəklər verib, onları uzun müddət alqışlayıblar.

Qeyd edək ki, “Flueraş” ansamblı Moldovada ən yaxşı professional musiqi kollektivlərindən biridir və artıq 70 ildir ki, fəaliyyət göstərir. Məşhur kollektiv həm Moldovada, həm də dünyanın bir çox ölkələrində uğurlu çıxışlar edir. Ansambl mahnı və rəqsləri ilə Kanada, Hindistan, Mərakeş, Finlandiya, Almaniya və Fransada tamaşaçıları diqqətinə səbəb olub.

Qalereya




Teqlər:





Xəbər lenti