“Shell”in icraçı direktoru: “Avropada qaz böhranı bir neçə qış davam edə bilər”

      “Shell”in icraçı direktoru:    “Avropada qaz böhranı bir neçə qış davam edə bilər”
  29 Avqust 2022    Oxunub:1476
Avropa ölkələrində qaz böhranı Rusiyadan gələn təbii qazın azalması səbəbindən bir neçə qış davam edə bilər.
Bu fikri “Shell” şirkətinin icraçı direktoru Ben van Berden Norveçdə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, qaz probleminin mümkün qədər qarşısını almaq üçün müxtəlif yollar axtarılmalı və müvafiq işlər görülməlidir.

Avstriya kansleri Karl Nehammer isə Avropa İttifaqı ölkələrini enerji qiymətlərinin kəskin artması ilə əlaqədar elektrik enerjisi tariflərinin məhdudlaşdırılması ilə bağlı vahid qərar qəbul etməyə çağırıb.


AzVision.az


Teqlər:





Xəbər lenti