Cüdoçumuzdan dünya çempionatında gümüş medal

 Cüdoçumuzdan dünya çempionatında gümüş medal
  24 Avqust 2022    Oxunub:1567
Azərbaycan cüdoçusu Şahin Oruczadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.
AzVision.az xəbər verir ki, 55 kq-da yer alan idmançı həlledici görüşdə fransalı Zakariya Diyolla üz-üzə gəlib və cərimə xalları ilə məğlub olub. Beləliklə, o, turniri gümüş medalla başa vurub.

Ş.Oruczadə bundan əvvəl Vaxe Aqasyan (Ermənistan), Ayi Mahdi (BƏƏ) və Sabu Sabaşvili (Gürcüstan) qalib gəlmişdi.

50 kq-da çıxış edən Məhəmməd Məmişov isə bürünc medal görüşündə ABŞ təmsilçisi David Leyvaya ipponla uduzaraq, 5-ci yeri tutub.

AzVision.az




Teqlər:





Xəbər lenti