Səudiyyə Ərəbistanı dünyanın ən böyük külək stansiyasını tikəcək

   Səudiyyə Ərəbistanı dünyanın ən böyük külək stansiyasını tikəcək
  18 Avqust 2022    Oxunub:1131
Özbəkistan və Səudiyyə Ərəbistanı Qaraqalpaqıstanda dünyanın ən böyük külək elektrik stansiyasının tikintisinə dair saziş imzalayıb.
Bu barədə Özbəkistanın Energetika Nazirliyi öz saytında məlumat yayıb. Hər iki ölkənin energetika nazirlərinin Səudiyyə şirkətlərinin nümayəndələri ilə görüşündə əməkdaşlığa dair üç sənəd imzalanıb:

Birinci sənəd ACWA Power şirkəti tərəfindən Qaraqalpaqıstan Respublikasında 1,5 GVt gücündə külək elektrik stansiyasının tikintisinə dair Sazişdir. Bu layihə təkcə regionda deyil, bütün dünyada ən böyük külək elektrik stansiyasına çevriləcək.

Nazirliyin məlumatına görə, külək elektrik stansiyasının gücü 1,65 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin etmək və ildə 2,4 milyon ton karbon emissiyasını kompensasiya etmək iqtidarında olması planlaşdırılır.


AzVision.az



Teqlər:





Xəbər lenti