Britaniyalı milyarder “Mançester Yunayted”i almaq istəyir

   Britaniyalı milyarder “Mançester Yunayted”i almaq istəyir
  18 Avqust 2022    Oxunub:827
Britaniyalı milyarder Cim Retkliff “Mançester Yunayted” futbol klubu satışa çıxarılacağı təqdirdə onu almaq istəyir.
Bu barədə “Sky Sports” məlumat yayıb. Mənbənin sözlərinə görə, Qleyzer ailəsi kluba yeni sərmayələr cəlb edə bildiyi üçün Ratkliff ilkin mərhələdə yalnız “Mançester Yunayted”in payını ala bilər.

Qeyd edək ki, Retkliff Böyük Britaniyanın ən varlı adamıdır. Maraqlıdır ki, o, artıq iki futbol klubunun sahibidir - Fransanın "Nitsa" və İsveçrənin "Lozanna".


AzVision.az



Teqlər:





Xəbər lenti