Azərbaycan idmançıları İslamiadada 25-ci qızıl medalı qazanıb

Azərbaycan idmançıları İslamiadada 25-ci qızıl medalı qazanıb
  17 Avqust 2022    Oxunub:1155
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisi ilk qızıl medalını qazanıb.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, dünya çempionu və XI Ümumdünya Oyunlarının qalibi Bəhram Rəcəbzadə (low kick, +91 kq) finalda meydan sahibi Türkiyə idmançısı Kadir Yıldırımı məğlub edib.

Bundan başqa, Amil Məmmədov (full contact, 51 kq) da bürünc medal qazanıb.

Bəhram Rəcəbzadənin nailiyyəti Azərbaycanın İslamiadada qazandığı 25-ci qızıl medal olub.

AzVision.az



Teqlər:





Xəbər lenti