Kopits "Qarabağ"ı təriflədi

Kopits "Qarabağ"ı təriflədi
  16 Avqust 2022    Oxunub:1125
"6 il öncə burada keçirdiyimiz oyun çox yaxşı yadımdadır. Stadion əla vəziyyətə idi. Biz həmin vaxt qələbə qazanmışdıq".
AzVision.az -ın məlumatına görə, bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının futbolçusu Yan Kopits Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

32 yaşlı yarımmüdafiəçi yüngül zədədən əziyyət çəkdiyini bildirib: "Amma bunun mənə hər hansı çətinlik yaradacağını düşünmürəm".

Təcrübəli oyunçu "Qarabağ"ın güclü komanda olduğunu söyləyib: "Rəqibin oyun üslubu dəyişməyib. Hücum futbolu sərgiləyir. Sabah müdafiə futbolu oynayıb, əlimizə düşən şanslardan istifadə etmək istəyirik".

O, "Qarabağ"ın böyük azarkeş kütləsinə malik olduğunu vurğulayıb: "Bilirik ki, üzərimizdə basqı olacaq. Lakin biz qalib gəlib, mərhələ adlamaq istəyirik. O vaxt şans nəticəsində qələbə qazanmışdıq. Sabah isə şansa bel bağlamaq niyyətində deyilik. Öz oyunumuzla uğur qazanmaq fikrindəyik".

Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti