92 avtobusun hərəkət intervalında gecikmələr var

92 avtobusun hərəkət intervalında gecikmələr var
  16 Avqust 2022    Oxunub:1222
Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 30 müntəzəm marşrut xətti üzrə 92 avtobusun hərəkət intervalında gecikmələr var.
Bu barədə AzVision.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

1. İstiqlaliyyət küçəsi Azneft dairəsi istiqamətində 53, 65, 6,10 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslarası intervallarda 8-12 dəqiqə gecikmə müşahidə olunur.

2. Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində və əks istiqamətdə Ekologiya postuna qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-15 dəqiqə gecikmə müşahidə olunur.

3. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11 - 16 dəqiqə gecikmə müşahidə olunur.

4. Binəqədi şosesi- Binəqədi istiqamətində 71,79,133,165,179 və 202 nömrəli marşrut xətlərindəki avtobuslarası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur.

5. Zabrat şosesi Maştağa qəsəbəsi istiqamətində 40, 131, 163, 216, 217, M8 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqəyə gecikmə müşahidə olunur.

6. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 10-15 dəqiqə gecikmə müşahidə olunur

7. Qara Qarayev prospekti – Hər iki istiqamətdə (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 7A, 11, 15, 21, 30, 35, 40, 44, 46, 49, 51, 62, 64, 81, 132 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.

AzVision.az



Teqlər: Avtobus   BNA  





Xəbər lenti