İslamiada: Elmar Qasımov finalda uduzdu

      İslamiada:    Elmar Qasımov finalda uduzdu
  16 Avqust 2022    Oxunub:419
Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
100 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada özbəkistanlı Müzaffarbek Turoboyevlə üz-üzə gəlib. 22 yaşlı rəqibinə ipponla uduzan Qasımov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Müzaffarbek Turoboyev ötən il Rusiyanın Kazan şəhərində təşkil edilmiş I MDB Oyunlarının qalibi olub.

AzVision.az

Teqlər:







Xəbər lenti