DSX-nın generalı quru sərhədlərdən danışdı

   DSX-nın generalı quru sərhədlərdən danışdı
  16 Avqust 2022    Oxunub:731
"Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq dövlət sərhəd buraxılış məntəqləri fəaliyyət göstərir. Belə ki əcnəbilərin öz ölkələrinə girişinə məhdudiyyət tətbiq olunmur. Yükdaşımalarla bağlı fəaliyyətdə də hər hansı bir məhdudiyyət yoxdur".
AzVision.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ancaq əcnəbilər Azərbaycana gələn zaman hava yolundan istifadə etməlidirlər:

“Vətəndaşlarımız da ölkə ərazisini tərk edən zaman hava yolundan istifadə etməlidirlər. Hökumətin sentyabrın 1-nə qədər olan qərarı Türkiyə ilə buraxılış məntəqəsində də tətbiq olunur”.

AzVision.az

Teqlər:







Xəbər lenti