İdmançımızdan ikinci qızıl medal

   İdmançımızdan ikinci qızıl medal
  14 Avqust 2022    Oxunub:982
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.
AzVision.az xəbər verir ki, bədii gimnast Zöhrə Ağamirova lentlə hərəkətlərdə qızıl medala sahib çıxıb.

Ağamirova 32.850 xala layiq görülüb. İlona Zeynalova isə 4-cü yerlə kifayətlənib.

Qeyd edək ki, Zöhrə Ağamirova daha əvvəl gürzlə hərəkətlərdə qızıl medal qazanmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti