Azərbaycan güləşçiləri 23 medal qazandılar

 Azərbaycan güləşçiləri 23 medal qazandılar
  13 Avqust 2022    Oxunub:1684
Azərbaycanın güləşçiləri Konyada keçirilən V İslam Həmrəylik Oyunlarında mübarizəni başa vurub.
AzVision.az xəbər verir ki, Avropa çempionu Sənan Süleymanov (77 kq) finalda Olimpiya mükafatçısı, ikiqat Asiya çempionu qırğızıstanlı Akjol Mahmudova 2:5 hesabıyla məğlub oluv və gümüş medalla kifayətlənib.

Sabah Şəriəti (130 kq) qazaxıstanlı Anton Savenkoya 5:0 hesabıyla qalib gələrək bürünc medal qazanıb. Məhəmməd Əhmədiyev (87 kq) isə bürünc medal görüşündə qırğızıstanlı Atabəy Azisbəyova 2:3 hesabıyla məğlub olaraq medalsız qalıb.

Beləliklə, Azərbaycan güləşçilər İslamiadanı 8 qızıl, 8 gümüş və 7 bürünc medalla başa vurub.

AzVision.az



Teqlər: İslam-Oyunları   Güləş   Medal  





Xəbər lenti