Politico: “Tramp həbs oluna bilər”

      Politico:    “Tramp həbs oluna bilər”
  13 Avqust 2022    Oxunub:505
ABŞ Federal Təhqiqat Bürosu keçmiş prezident Donald Trampın həbsi və ya cərimələnməsi ilə nəticələnə biləcək casusluq və istintaqa maneçilik haqqında qanunun mümkün pozulmasını araşdırır.
Bu barədə FTB-nin orderinə istinadən “Politico” məlumat yayıb. Axtarış qərarına əsasən, Trampın əlində hökumət sirrinin ən yüksək səviyyələrindən biri olan “TS/SCI” qeydi olan sənədlər və “Fransa prezidenti haqqında məlumat” qeyd olunan sənədlər tapılıb.

Siyasətçi sənədləri məhv etməyə cəhddə, istintaqa mane olmaqda və casusluq haqqında qanunu pozmaqda şübhəli bilinir. Sənədlərin ABŞ Ədliyyə Departamentinin tələb etdiyi kimi cümə günü açıqlanacağı gözlənilir.

AzVision.az

Teqlər:







Xəbər lenti