Daha bir idmançımızdan qızıl medal

   Daha bir idmançımızdan qızıl medal
  12 Avqust 2022    Oxunub:672
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
AzVision.az xəbər verir ki, 82 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada qırğızıstanlı Kalidin Asikeyevlə görüşüb.

Rəqibinə 6:3 hesabı ilə qalib gələn Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan güləşçiləri 3-cü günü 5 medalla başa vurublar. Hüseynovdan əvvəl Eldəniz Əzizli (55 kq) qızıl, Elis Manolova (65 kq) və Ülvi Qənizadə (72 kq) gümüş, Elnurə Məmmədova (55 kq) isə bürünc medal qazanıb.

AzVision.az

Teqlər:







Xəbər lenti