Ukraynanın daha 5 rayonu Rusiyaya birləşir

Ukraynanın daha 5 rayonu Rusiyaya birləşir
  29 Aprel 2014    Oxunub:1169
Rusiya meylilərin sayı sürətlə artır
Ukraynanın Donetsk vilayətinindaha beş yaşayış məntəqəsi Rusiya meyllilərin tərəfinə keçib. AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Donetsk-Luqansk şosesi kənarı boyunca yerləşən Şaxtyor (əhalisi 58 min), Toreze (80 min) Snejnoy ( 60 min) rayonlarında , o cümlədən Qornoe və Krasnıy Luç kəndlərində “Donetsk Xalq Respublikasının” (DXR) bayrağı qaldırılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl əhalisi 102 min olan Xarçızk şəhəri separatçıların tərəfinə keçmişdi.

Bununla da, son günlərdə Donetsk vilayətində rusmeyllilərin sayı ən azı 300 min nəfər artıb .

Eldar
AzVision.az




Teqlər:  





Xəbər lenti