Ermənistan Gömrük İttifaqından imtina edir?
Balayan Ermənistanın Gömrük İttifaqına üzvlük prosesində yaranan problemlər barədə sualları cavablandırmaqdan imtina edib.
O, sərt şəkildə bildirdi ki, Ermənistan tərəfi bu ölkə ilə Gömrük İttifaqı arasında razılaşdırılan yol xəritəsinə müvafiq olaraq bütün şərtləri həyata keçirir.
“Biz bu istiqamətdə işləri davam etdirməyi planlaşdırırıq” – deyə, o, Ermənistan nümayəndə heyətinin Minskdə keçirilən Avroasiya İqtisadi Şurasının iclasında iştirak etməməsini şərh edərkən bildirib.
Bu gün keçiriləcək sammit çərçivəsində Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında sazişi imzalayacaqları gözlənilir. Ermənistan da o cümlədən bu ittifaqa qoşulmaq istəyir.
Eldar
AzVision.az