Türkiyəyə terror hədəsi, polis ayağa qalxdı

Türkiyəyə terror hədəsi, polis ayağa qalxdı
  29 Aprel 2014    Oxunub:1024
“Əş-Şəbab” qruplaşması Türkiyədə terror aktı törədəcəyi barədə xəbərdarlıq edib.

AzVision.az Türkiyə mətbuatına istinadın xəbər verir ki, “Əl-Qaidə” terror təşkilatına tabe olan “Əş-Şəbab”ın yaydığı məlumata görə, terror aktını törətmək Somali əsilli Kanada vətəndaşı Camal Məhəmməd Diriyeyə tapşırılıb.

Bu bəyanat Türkiyənin hüquq-mühafizə orqanlarını ayağa qaldırıb. Ölkənin bütün bölgələrindəki polis bölmələrinə xəbərdarlıq edilib, gücləndirilmiş iş rejiminə keçilib.

Baş Polis idarəsinin rayon polis idarələrinə göndərdiyi xəbərdarlıq məlumatında qeyd olunur ki, Diriye bu il ərzində ABŞ səfirliyi və Türkiyədəki bir neçə binada partlayış törətmək məqsədilə Ankaraya gələ bilər.

Qeyd edək ki, adı çəkilən terror təşkilatı ötən il sentyabr ayında Keniyanın paytaxtı Nairobidə alış-veriş mərkəzində partlayış törətmişdi.

Fatimə Kərimli



Teqlər:





Xəbər lenti