ABŞ-da 21 nəfər öldü - Video

ABŞ-da 21 nəfər öldü - Video
  29 Aprel 2014    Oxunub:1060
ABŞ-da təbii fəlakət qurbanlarının sayı 21-ə çatıb. Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Aprelin 28-də qasırğa Missisipi ştatının Tyupelo şəhərinə çatıb, bir nəfər həlak olub. Təbii fəlakət nəticəsində dağıntıların aradan qaldırılması üçün hadisə yerinə Milli qvardiyanın əsgərləri cəlb edilib.

Meteoroloqlar qasırğa təhlükəsinin hələ bir neçə gün qüvvədə qalacağı barədə xəbərdarlıq edirlər.

Qeydnedək ki, qasırğa nəticəsində ən çox ziyan Arkanzas ştatının Viloniya və Meyflaur şəhərlərinə dəyib. Təbii fəlakət xeyli sayda evləri dağıdıb, on minlərlə insan işıqsız qalıb.



Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti