Rusiyanın 17 şirkətinə qarşı sanksiya

Rusiyanın 17 şirkətinə qarşı sanksiya
  29 Aprel 2014    Oxunub:1444
Sanksiyanın tətbiq olunduğu şəxslər arasında Jirinovski də var
ABŞ-ın Rusiyaya qarşı tətbiq edəcəyi əlavə sanksiyalar Rusiya vətəndaşı və bu ölkənin 17 şirkətinə şamil olunur. Bu barədə AzVision.az “İnterfax”a istinadən xəbər yayır.

Ağ Evin planları ilə tanış olan yüksək vəzifəli mənbənin sözlərinə görə, söhbət iqtisadiyyatın maliyyə və energetika, o cümlədən infrastrukturla bağlı olan şəxs və kompaniyalardan gedir.

Bu arada, Kanada da Rusiya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısında Rusiyanın vəzifəli şəxsləri, o cümlədən iki rus şirkəti var.

Sanksiyaların tətbiq olunduğu şəxslər siyahısında Rusiya Dövlət Dumasının deputatları Vladimir Jirinovski, Aleksey Puşkov, Kreml Administrasiyasının birinci müavini, ölkənin baş nazirinin müavini Dmitriy Kozak, Dövlət Dumasının xarici işlər üzrə komitəsinin üzvü Aleksandr Babakov, Rusiya prezidentinin Krım Federal dairəsindəki rəsmi nümayəndəsi Oleq Belavençev, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Yevqeniy Murov, həmçinin Rotenberq də var. Sanksiyaya məruz qalan şirkətlər isə “Ekspobank” və “Rosenerqobank”dır.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti