Dəmir yolundan istifadə edənlər 206 min dəfə təmassız ödəniş edib

Dəmir yolundan istifadə edənlər 206 min dəfə təmassız ödəniş edib
  02 Avqust 2022    Oxunub:1196
Bu ilin I yarısında Abşeron dairəvi dəmir yolu xəttinin stansiyalarında bank kartları ilə 170,4 min manat dəyərində 206,5 min dəfə ödəniş edilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Xatırladaq ki, AMB, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Azərbaycan Dəmir Yolları" QSC və “Visa” beynəlxalq kart təşkilatı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icrasına 2020-ci ildə start verilmiş “Ölkənin dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi” layihəsi 2021-ci ilin iyun ayında real rejimində sərnişinlərin istifadəsinə təqdim olunub. Layihənin icrası nəticəsində Bakı və Sumqayıt şəhərləri arasında hərəkət edən sürətli sərnişin qatarlarına minmək üçün istənilən bankın ödəniş kartları vasitəsilə təmassız ödəniş imkanı yaradılıb.

Bundan başqa, hesabat dövründə “MasterCard” beynәlxalq kart tәşkilatı ilə birlikdə Şamaxı şәhәr nәqliyyatında reallaşdırılmış pilot layihә üzrə nağdsız ödәnişlәrin sayı 693 min әdәd, məbləği isә 262 min manat olub. Bakı şәhәrindә nәqliyyatda gediş haqlarının ödәnilmәsi üçün istifadә edilәn “BakıKart”ın balansının artırılması mәqsәdilә hesabat dövründә hәyata keçirilәn nağdsız ödәnişlәrin sayı 550 min әdәd, məbləği isә 1,76 milyon manat tәşkil edib.

AzVision.az



Teqlər:





Xəbər lenti