Bu barədə Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər nazirlərinin Daşkəndə keçirilmiş ilk üçtərəfli görüşünün yekununda imzalanmış Daşkənd Bəyannaməsində qeyd olunub. “Tərəflər Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgələrinə investisiya qoyaraq Azərbaycanın döyüşlərdən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyin önəmini vurğulayırlar və Azərbaycan tərəfi, türk və özbək şirkətlərinin Azərbaycanın azad edilmiş torpaqlarının bərpası və yenidənqurması istiqamətində infrastruktur layihələrində iştirakını təqdir edir”, - sənəddə deyilir.
AzVision.az