İran yeni raketləri sınaqdan keçirib

İran yeni raketləri sınaqdan keçirib
  28 Aprel 2014    Oxunub:1254
İran Silahlı Qüvvələri iki yeni raketi sınaqdan keçirib. . AzVision.az-ın məlumatına görə, bu barədə İran İslam Respublikasının Quru Qoşunlarının komandanı, general Kiyomers Heydari bildirib.

Sınaqların hər hansı bir təfərrüatı, o cümlədən yeni raketlərin texniki xarakteristikaları barədə məlumat verilmir. Lakin ölkə KİV-nin verdiyi məlumata görə, onlar İran Sliahlı Qüvvələrinin istifadə etdiyi “Naziat – 10” raketlərindən daha üstündür.

Generalın sözlərinə görə, gələcəkdə yeni silahlar kütləvi şəkildə istehsal ediləcək.

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti