Bu zavod 16 milyona hərraca çıxarılır

 Bu zavod 16 milyona hərraca çıxarılır
  28 İyul 2022    Oxunub:1531
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 16-da və 23-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.
Bu barədə AzVision.az - a qurumdan bildirilib.

Məlumata görə, ilk hərraca 26 nəqliyyat vasitəsi, digər hərraca isə 17 kiçik dövlət müəssisəsi və obyekti, 36 nəqliyyat vasitəsi çıxarılacaq.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ilkin start qiyməti 750 manatdan başlayır. Ən yüksək ilkin start qiyməti "Bünyad Sərdarov adına Maşınqayırma Zavodu" MMC-yə aiddir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 53 ünvanında yerləşən bu müəssisənin ümumi dəyəri 16 061 000 manat təşkil edir, bunun 1 692 075 manatlıq hissəsi əmək kollektivinə güzəştli satışa, 14 368 925 manatlıq hissəsi isə hərraca yönəldilib. Əmlakın ümumi faydalı sahəsi 58 472 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 117 787 kvadratmetrdir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1970-2011-ci illəri əhatə edir.

Dövlət əmlaklarının tam siyahısı ilə burada tanış olmaq mümkündür: ( https://bit.ly/3mmNVpB )

AzVision.az


Teqlər:





Xəbər lenti