Xarkov meri güllələndi
Xarkov merinin mətbuat katibi Tatyana Qruzinksaya bildirib ki, Kernes ənənəvi olaraq səhər idmanı etdiyi vaxt onun həyatına qəsd edilib. Bakı vaxtilə 13:30-da mer xəstəxanaya çatdırılıb. Həkimlər hazırda onun həyatı uğrunda mübarizə aparırlar.
Qeyd edək ki, Kernes 2010-cu ilin mart ayında Xarkov meri vəzifəsinə seçilib. Regionlar partiyasının üzvü olan Kernes aktiv şəkildə millətçilərin fəaliyyətinə qarşı mübarizə aparıb.
Eldar
AzVision.az