Əsəd prezidentliyə namizəd oldu

Əsəd prezidentliyə namizəd oldu
  28 Aprel 2014    Oxunub:883
Suriya prezidenti Bəşər Əsəd yenidən prezidentliyə namizədliyini irəli sürüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Suriya Xalq Məclisinin sədri Məhəmməd Cihad Lahham məlumat yayıb.

Bildirib ki, hazırkı prezident yeni seçkidə iştirak edəcək sayca 7-ci namizəd olub.

Qeyd edək ki, seçkilər iyunun 3-də baş tutacaq.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti