Avropada qazın qiyməti 2000 dolları ötdü

   Avropada qazın qiyməti 2000 dolları ötdü
  26 İyul 2022    Oxunub:1584
Avropada təbii qazın birja qiymətləri artaraq min kubmetr üçün 2000 ABŞ dollarını ötüb.
AzVision.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, qazın avqust fyuçerslərinin qiyməti günə 2021 dollar təşkil edib.

Qaz qiymətlərindəki kəskin artım “Qazprom”un “Şimal axını” kəməri ilə Avropaya qaz nəqlini gündəlik 33 milyon kubmetrədək azaltmaq planını açıqlamasından sonra qeydə alınıb. Bu göstərici kəmərin nominal gücünün cəmi 20%-ni təşkil edir.

AzVision.az



Teqlər:





Xəbər lenti