“Müsəlman Qardaşları”nın lideri edam ediləcək

“Müsəlman Qardaşları”nın lideri edam ediləcək
  28 Aprel 2014    Oxunub:1340
Misirdə 683 vətəndaş barəsində edam hökmü çıxarılıb.
Azvision.az xəbər verir ki, edama məhkum edilənlər arasında “Müsəlman Qardaşları” hərəkatının lideri Məhəmməd Bədii də var. Məhkəmənin 683 nəfər barəsində edam qərarı müftülüyə göndərilib.

Qeyd edək ki, ötən ay Misirdə 529 nəfər edama məhkum edilmiş və bu qərar ölkədə etiraz aksiyalarına səbəb olmuşdu. Frans Press agentliyinin yaydığı məlumata görə, sonradan 492 məhkum haqqında edam qərarı ömürlük həbs cəzası ilə əvəz edilmişdi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti