Ukraynada qocaları da orduya çağırdılar

Ukraynada qocaları da orduya çağırdılar
  28 Aprel 2014    Oxunub:1163
Ölkədə səfərbərlik çərçivəsində 18 yaşdan 60 yaşadək şəxslər orduya çağırılır.
Rusiyanın Krıma müdaxiləsindən sonra Ukraynada elan olunmuş hərbi səfərbərlik davam edir. 45 gün müddətinə elan olunmuş hərbi səfərbəlik öncə 18-35 yaş arası gənclərə şamil olunurdusa da, hazırda 60 yaşa qədər şəxslər də orduya çağırılır. Ancaq bu, rəsmi şəkildə açıqlanmır.

Qeyd edək ki, səfərbərliyə Ukrayna vətəndaşı olan bütün millətlərin nümayəndələri cəlb olunur.

Xatırladaq ki, Ukrayna hökuməti ötən ay Milli qvardiya yaradılması, habelə daxili və sərhəd qoşunları da daxil olmaqla silahlı qüvvələrinin sıralarının artırılması üçün ehtiyyatda olan 40 min nəfəri hərbi xidmətə çağırmaqla bağlı qərar vermişdi.

Bu arada ölkənin şərqində vəziyyət gərgin olaraq qalır. Donetskdə rusmeylli özünümüdafiə dəstələri televiziya binasını ələ keçirib. Bununla yanaşı vilayətdə referenduma hazırlıqlar aparılır. Məlumata görə D” Donetsk Xalq Respublikası”nın tərəfdarları artıq referendum bülletenlərini paylamağa başlayıblar. Qeyd edək, ki, referendum mayın 11-nə təyin olunub.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti