ABŞ rusların əmlakından əldə edilən pulu ukraynalı qaçqınlara verəcək

   ABŞ rusların əmlakından əldə edilən pulu ukraynalı qaçqınlara verəcək
  22 İyul 2022    Oxunub:1101
ABŞ Ədliyyə Nazirliyi Konqresdən sanksiyalara məruz qalan Rusiya əmlakının satışından əldə edilən pulu Ukraynadan olan qaçqınların xeyrinə köçürməyi xahiş edəcək.
Bunu ABŞ baş prokurorunun birinci müavini Liza Monako deyib. “Biz bu barədə danışırıq və Konqresdən bu qeyri-qanuni əldə edilmiş əmlakdan əldə edilən gəlirləri onlara köçürmək üçün icazə istəyirik”- , deyə, Monako əlavə edib.

Ukraynada hərbi əməliyyat keçirmək qərarı ABŞ və müttəfiqləri tərəfindən Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyaların səbəbi oldu.

AzVision.az




Teqlər:





Xəbər lenti