KOB-ların maliyyələşdirilməsi üçün yeni mexanizmlər yaradılacaq

   KOB-ların maliyyələşdirilməsi üçün yeni mexanizmlər yaradılacaq
  22 İyul 2022    Oxunub:965
Azərbaycanda uğurlu ölkələrin təcrübələri əsasında biznes startaplarının və inkubatorlarının, ixracyönümlü istehsal və xidmətlər üzrə biznes layihələrinin dəstəklənməsi mexanizmləri təkmilləşdiriləcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.

“Nəticədə, sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud fəaliyyətini genişləndirmək istəyənlər, xüsusilə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmləri yaradılacaqdır. Bu əsasda sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20‒30%-nin mikro, 35‒45%-nin kiçik və 25‒35%-nin orta sahibkarlara yönəldilməsi hədəflənir”, - deyə sənəddə qeyd olunub.

AzVision.az



Teqlər: KOB  





Xəbər lenti