Rusiyada dəşhətli yanğın: 8 ölü, 6 yaralı

Rusiyada dəşhətli yanğın: 8 ölü, 6 yaralı
  27 Aprel 2014    Oxunub:1140
Rusiyanın Altay diyarında narkotikdən asılı şəxslərin reabilitasiya mərkəzində güclü yanğın olub.
Məlumata görə, Kosixinski rayonundakı “Çistıy list” mərkəzindəki yanğın nəticəsində 8 nəfər ölüb, 6 adam xəsarət alıb. Binanın damının 200 kv.m-lik hissəsi çöküb. Dağıntılar altında hələ də adamların qalması ehtimalı var. Axtarış-xilasetmə işləri davam etdirilir.

İlkin ehtimala görə, yanğına odla ehtiyatsız davranış səbəb olub.



Teqlər:





Xəbər lenti