Mustafa Cemilovun Nobel mükafatına namizədliyi irəli sürüldü
“Şübhəsiz ki, Mustafa Cemilev bu nüfuzlu mükafata ən layiqli namizədlərdən biridir”, deyə açıqlamada bildirilir.
Tanınmış sovet dissidentlərindən biri olan Mustafa Cemilev Stalin dövründə deportasiyaya məruz qalmış xalqını Krıma qaytarılmasını tələb etdiyinə görə həyatının 15 ildən çoxunu həbsxanalarda keçirib.
Krım tatarlarının lideri bundan əvvəl 2009-cu və 2011-ci illərdə Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.
Teqlər: