Separatçılar Ukraynanın ən iri zavodlarından birini ələ keçirdi

Separatçılar Ukraynanın ən iri zavodlarından birini ələ keçirdi
  27 Aprel 2014    Oxunub:1028
Ukraynanın Donetsk vilayətinin Kravamotorsk şəhərində separatçılar Yenikravamotorsk Maşınqayırma Zavodunu ələ keçiriblər.
AzVision.az xəbər verir ki, Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu barədə özünün facebook səhifəsində Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Timçuk yazıb.

“Bizdəki informasiyaya görə, ekstremistlər zavoda iki avtomobildə gəliblər. Bu ana kimi işğalçılar heç bir tələb irəli sürməyiblər”, - deyə o qeyd edib.

Sözügedən müəssisə ağır maşınqayırma sahəsi üzrə təkcə Ukraynada deyil, bütün dünyada ən iri zavodlardan biri kimi tanınır.


Teqlər:





Xəbər lenti