Pakistan və BVF maliyyələşdirməni bərpa etmək üçün ilkin razılığa gəldi

Pakistan və BVF maliyyələşdirməni bərpa etmək üçün ilkin razılığa gəldi
  14 İyul 2022    Oxunub:1433
Pakistan hökuməti və Beynəlxalq Valyuta Fondu (BVF) maliyyələşdirmə proqramının yenidən başlaması üçün işçi heyəti səviyyəsində ilkin razılığa gəliblər.
Bu barədə maliyyə qurumunun saytında dərc olunmuş press-reliz də deyilir. Belə ki, BVF komandası və Pakistan səlahiyyətliləri, Genişləndirilmiş Maliyyələşdirmə Mexanizmi (EFF) tərəfindən dəstəklənən birləşmiş yeddinci və səkkizinci proqramın nəzərdən keçirilməsini başa çatdırmaq üçün heyət səviyyəsində razılığa gəliblər

Proqram BVF-nin İcraiyyə Şurası tərəfindən təsdiq edilməlidir. Əgər müqavilə şura tərəfindən təsdiq olunarsa, 1,177 milyon ABŞ dolları (894 milyon SDR) mövcud olacaq və bu, proqramın ümumi ödənişlərini təxminən 4,2 milyard dollara çatdıracaq.

Qeyd olunur ki, BVF rəhbərliyi EFF-nin 2023-cü ilin iyun ayının sonuna qədər uzadılmasını və ödənişlərin məbləğinin 720 milyon SDR (təxminən 974 milyon dollar) artırılmasını nəzərdən keçirəcək. Beləliklə, 2019-cu ilin iyul ayından etibarən Pakistana verilən maliyyə yardımının ümumi məbləği EFF-nin sonuna qədər təxminən 7 milyard dollar təşkil edəcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Pakistan  





Xəbər lenti