Avropada qazın qiyməti 1900 dolları keçdi

Avropada qazın qiyməti 1900 dolları keçdi
  13 İyul 2022    Oxunub:858
Avropada bu gün keçirilən hərrac zamanı təbii qazın min kubmetrinin qiyməti 5 faiz artaraq 1900 dolları ötüb.
AzVision.az xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın avqust fyuçersinin qiyməti 1910 dollara çatıb. Bu ərəfədə texniki problemlər Norveçdəki Sleipner yatağında qaz sızması ilə nəticələnib.

Qəza səbəbindən hasilat və Avropaya tədarük müvəqqəti olaraq dayanıb. Norveçin Gassco qaz nəqli operatorunun məlumatına görə, yataqda hasilatın dayanması iyulun 15-i səhərədək uzadılıb.

Planlaşdırılan təmir işləri ilə əlaqədar “Şimal axını” boru kəmərinin hər iki xətti üzrə qaz nəqlinin iyulun 11-dən 21-dək dayandırılması da qiymət artımına səbəb olan amillərdən hesab edilir.



AzVision.az


Teqlər: Qaz  





Xəbər lenti