ABŞ-da rekord inflyasiya: Dollar avronu keçdi

   ABŞ-da rekord inflyasiya:    Dollar avronu keçdi
  13 İyul 2022    Oxunub:830
Bu ilin may ayının sonuna ABŞ-da illik istehlak qiymətləri indeksi 108,6 % təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Əmək Departamenti məlumat yayıb. Bildirilir ki, bu da, 1981-ci ilin dekabrından bəri ən yüksək göstəricidir.

Avropanın vahid valyutası - avro nağd tədavülə buraxıldığı 2002-ci ildən bəri ilk dəfə ABŞ dollarından ucuz olub. Məlumata görə, 1 dolların məzənnəsi 0,9999 avroya bərabərləşib. Bu, ABŞ-da rekord inflasiya haqqında məlumatlar açıqlandıqdan sonra baş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti