Ermənilər Ərdoğanı Nobelə namizəd göstərdilər

Ermənilər Ərdoğanı Nobelə namizəd göstərdilər
  26 Aprel 2014    Oxunub:871
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qondarma erməni soyqırımına görə verdiyi başsağlığı erməni icması tərəfindən “Bir əsrlik böhrana son qoyan addım” kimi qiymətləndirilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, erməni icması bu addımından sonra Ərdoğanın “Nobel sülh mükafatı”na namizədliyinin verilməsini tələb edib.

Erməni icmasına məxsus bir çox ictimai birliklərin rəhbərləri və erməni jurnalistlər də bu fikirdədir.

“Bu addımlardan sonra Nobel sülh mükafatı gündəmə gəlməlidir. PKK məsələsini həll etmək belə bu mükafat üçün kifayətdir.

Erməni məsələsinə gəlincə isə, ciddi nəticə əldə olunarsa mühüm bir mərhələyə keçiləcək. Erməni məsələsi Türkiyənin ən böyük tabusudur. Qrant Dinki bu irqçiliyə görə itirdik. Bundan 10 il əvvəl biz 1915-ci il olayları ilə bağlı yazıları həbs olunmaq və həyatımızı itirmək risqlərini gözə alıb yazırdıq. O günlərdən belə günlərə gəlib çıxa bilmək gözəldir”. – deyə erməni əsilli jurnalist Markar Esayan bildirib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti