ABŞ ATƏT nümayəndələrini azad etməyi tələb etdi

ABŞ ATƏT nümayəndələrini azad etməyi tələb etdi
  26 Aprel 2014    Oxunub:1593
ABŞ Ukraynada saxlanılan ATƏT nümayəndələrini azad etməyə çağırıb. AzVision.az-In Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin rəsmisi Cen Psaki bildirib.

“Biz naməlum silahlı şəxslərin ATƏT nümayəndələrini oğurlaması barədə məlumatları narahatlıqla izləyirik” – deyə, Psaki bildirib. Onun sözlərinə görə, ATƏT nümayəndələri rusiyayönümlü qüvvələrin nəzarət etdiyi binada saxlanılır. Lakin Dövlət Departamentinin rəsmisi bildirib ki, o məlumatları yalnız KİV vasitəsilə öyrənə bilib: “Əgər bu doğrudursa, biz qətiyyətlə bu hərəkətləri pisləyir və onların dərhal azad olunmasına çağırırq”.

Psakinin sözlərinə görə, Dövlət Departamenti hesab edir ki, Rusiya öz nüfuzundan istifadə edərək saxlanılanların azad olunmasına öz töhfəsini verə bilər

Qeyd edək ki, daha əvvəl Ukraynanın Slavyansk şəhərində federallaşma tərəfdarları ATƏT nümayəndələri və ukraynalı zabitləri saxlanması barədə məlumatlar yayılıb.

Bu barədə Slavyansk şəhərinin qondarma “xalq meri” Vyaçeslav Ponomaryov bəyan edib.

Onun sözlərinə görə, şəhərin blok-postlarının birində yerli könüllülər ATƏT nümayəndələri və Ukrayna baş qərargahının zabitlərini daşıyan mikroavtobusu saxlayıblar.

Bundan əvvəl Ukrayna XİN-i Donetsk vilayətindəki ATƏT missiyası ilə əlaqənin itdiyini bildirmişdi.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti