16 minə yaxın şəxs münasib işlərlə təmin edilib

16 minə yaxın şəxs münasib işlərlə təmin edilib
  09 İyul 2022    Oxunub:1324
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyun aylarında 37 644 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, onlardan 15 895 şəxs münasib işlərlə təmin edilib, 5028 şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına qoşulub.

Həmçinin, Agentlik tərəfindən bu müddət ərzində 1875 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb.

6 ay ərzində 14 846 şəxslə peşəyönümü tədbirləri keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti