Obama Putinə: `Batsan çıxararam`

Obama Putinə: `Batsan çıxararam`
  25 Aprel 2014    Oxunub:1128
Birləşmiş ştatların prezidenti Barak Obama , Putin suda batarsa onu xilas edərəm deyib.

“Əlbəttə ki, prezident Putini xilas edərəm. Məncə, kimliyindən asılı olmayaraq suda boğulmaq üzrə olan birini xilas etməyə gücüm çatar. Pis üzgüçü deyiləm, Havay adalarında böyümüşəm və bu sahədə təcrübəm çoxdur”-deyə Birləşmiş Ştatların prezidenti Barak Obama Putini suda batarsa onu düşünmədən xilas edəcəyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin , ruslara keçirdiyi ənənəvi “canlı bağlantı” zamanı vətəndaşlardan biri ona “batsaydınız Obama sizi xilas edərdimi “, deyə sual verib.

Putin, “Obama yaxşı adamdır, həm də kifayət qədər güclüdür, əlbəttə ki, məni xilas edər” demişdi.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti