Rusiyanın hədəfi Ukraynanı ələ keçirməkdir-İDDİA
“Rusiyanın hədəfləri tamamilə aydındır: Ukraynada legitim prezidentin olmaması üçün prezident seçkilərini pozmaq, Avropa və Ukraynayönümlü qüvvələri hakimiyyətdən kənarlaşdırmaq və Ukraynanı həm hərbi, həm də siyasi olaraq işğal etmək” – deyə, Yatsenyuk vurğulayıb.
Ukraynalı nazir rəhbərlik etdiyi hökumətin Rusiyanın istəklərinə nail olmasına yol verməyəcəklərini bildirib: “Biz öz ölkəmizi siyasi, diplomatik və hərbi metodlar da daxil olmaqla bütün mümkün vasitələrlə qoruyacağıq”.
Eldar
AzVision.az