Lavrov: `Qərblə savaşmaq istəmirik`
“Bu gün Ukrayna dərin böhran içərisindədir. Rusiya Cenevrədə əldə olunan razılıq çərçivəsində Ukraynada gərginliyin azaldılması üçün əlindən gələni edəcək” – deyə, nazir vurğulayıb.
Eyni zamanda Lavrov deyib ki, Rusiyanın strateji hədəfi Atlantik okeanından Sakit okeana qədər vahid iqtisadi və humanitar məkanın yaradılmasıdır. Nazirin fikrincə, belə bir məkanın yaradılması ilə ölkələrimizi biri-birindən ayıran “lazımsız xətlər"ə ehtiyac qalmayacaq.
“O zaman bizim aramızda lazımsız rəqabət, bəzi qərbli tərəfdaşlarımızın bizi təcrid etmək üçün Qərblə aramızda çəkmək istədikləri sədlər olmayacaq”.
Eldar
AzVision.az