- Yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını mümkün hesab edirsinizmi?
- Paşinyan hakimiyyətdə qalsa, məncə, belə bir razılaşma mümkündür. Paşinyan bu məsələnin yekunlaşmasında maraqlıdır, çünki bu onun üçün beynəlxalq əməkdaşlıq sahəsində Ermənistana iqtisadi fayda gətirə biləcək yeni perspektivlər açacaq. Lakin belə bir razılaşmanın əldə olunması üçün hər iki tərəfin əhəmiyyətli güzəştlərə getməsi lazımdır. Mənə elə gəlir ki, indi nə Azərbaycan, nə də Ermənistan cəmiyyətləri buna hazırdır. Amma Ermənistan və Azərbaycan münasibətlərin yenidən kəskinləşməsinə imkan verməsələr, zaman keçdikcə vəziyyət dəyişəcək.
Paşinyan: “Azərbaycan və Ermənistan SSRİ dövründəki sərhədlər çərçivəsində tanınmalıdır” |
- Paşinyandan sonrakı dövrdə Qarabağda yeni hərbi toqquşma ssenarisi mümkündürmü?
- Təbii ki, hərbi münaqişənin bərpası mümkündür. Üstəlik, iqtidara bunsuz gəlmiş müxalifətçilərin hakimiyyəti saxlaya biləcəkləri ehtimalı azdır. Amma vəziyyəti genişmiqyaslı silahlı toqquşmaya gətirməməyə çalışacaqlar. Onlar Ermənistanın Azərbaycanla münaqişədə qalib gəlməyə qadir olduğuna çətin ki, inansınlar. Lakin gərginliyi yüksək səviyyədə saxlamağa çalışacaqlar.
- Rusiyanın Ermənistana silah tədarükünü bərpa etmək planları varmı?
- İndiki şəraitdə Rusiyanın planları ilə bağlı proqnoz vermək çətindir. Bir tərəfdən, Rusiyanın Ermənistana silah tədarükünü bərpa etməsi geosiyasi səbəblərə görə faydalı olardı. Digər tərəfdən isə, Ukraynada müharibə uzanarsa və Ukrayna Qərbdən vəd olunan məbləğdə hərbi yardım alarsa, Rusiyanın belə bir imkanının olacağına şübhələr var.
Murad Nəcəfov
Nadir Quliyev
AzVision.az