QHT sədrindən `soyqırım`la bağlı suallar
Elməddin Behbud soruşur ki, necə ola bilər, Osmanlı imperiyasının 6.5 milyon kv. km ərazisində yaşayan 1.3- 1.6 milyon (fransız mənbələrinə görə) erməninin 1.5 milyonu yalnız Kiçik Asiya yarımadasının Şərq hissəsində qətlə yetirilsin?! Rusiya, ABŞ və Avropanın çoxsaylı ölkələrində 1924-cü ildən sonra əhali siyahısında erməni millətinə mənsub olduğunu qeyd edənlərin sayının birdən-birə on minlərlə ifadə olunmasını necə, hansısa möcüzənin nəticəsi saymaq olarmı?! Bu gün Türkiyədə "əslim ermənidir" deyən yüzminlərlə erməniləri hansı sosial, ictimai hadisənin məhsulu sayma bilərik?!
Türkiyə arxivlərində saxlanılan sənədlərə görə (maraqlananlar Yusif Halacoğlunun məqalələrinə baxa bilərlər) 1914-cü ildən etibarən 6 il ərzində erməni silahlı dəstələrinin qətlə yetirdikləri türk-müsəlman əhalini sayı 518.105 nəfərdir. Bunun üzərinə 60-80 min arası indiki Ermənistan və Azərbaycan Respublikalarının ərazisində soyqırıma məruz qalan türk-müsəlman əhalini də əlavə etsək, 600 minə yaxın insanın sırf etnik, dini kimliyinə görə qətlə yetirildiyi ortaya çıxar.
"1915-ci il olaylarında qətlə yetirilən ermənilərin nəvələrinə" təziyyə mesajı verən qardaş Türkiyə Cumhuriyyətinin baş nazirini hakimiyyətə gəldiyi zamandan praqmatik siyasət izlədiyinə görə, mövzu ayrı məsələ olsaydı, bəlkə də haradasa başa düşmək olardı. Ancaq qardaş ölkənin bu düşüncədə olan rəhbər şəxsləri 2002-ci ildən ermənilərlə bağlı izlədikləri siyasətin müsbət nəticələrinə ümid bəsləməkdənsə, 1813-cü ildən etibarən Qafqazda bu əsilsiz və yurdsuz toplumla baş-başa yaşayan azərbaycan türklərinin 200 illik tarixini öyrənsələr,daha doğru nəticələr əldə etmiş olarlar”.