Ankaradan Qarabağla bağlı yeni MESAJ

Ankaradan Qarabağla bağlı yeni MESAJ
  25 Aprel 2014    Oxunub:960
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu qondarma erməni soyıqırımdan danışarkən Azərbaycan və Ermənistan münasibətlərindən söz açıb.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, nazir çıxışında bildirib ki, rəsmi Ankara Ermənistanla münasibətlərin normallaşdırılmasına çalışır:

“Bir çox fərqli parametrlərə eyni vaxtda nəzarət olunmasa sülhə nail olmaq çox çətin olacaq”.

Davudoğlu vurğulayıb ki, problemin həllinə 3 istiqamətdə nail olmaq lazımdır: “Bu 3 tərəf Türkiyə və Ermənistan arasındakı münasibətlərin qaydasına düşməyi, ikincisi türk və erməni xalqının birgə sülhə nail olmağı və Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olmağıdır. Bunlardan hansısa biri inkişaf etdirilib digəri nəzarətsiz qalsa, onda bütün sistem çökəcək”.

Nazir vurğulayıb ki, o, İrəvanda bütün sərhədləri birlikdə açmağı, Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasında Avrasiyanın ən sərbəst bölgəsini yaratmağı təklif edib.


Teqlər:  





Xəbər lenti