Albaniya-NATO danışıqları: Adriatikdə hərbi dəniz bazası tikilə bilər

      Albaniya-NATO danışıqları:    Adriatikdə hərbi dəniz bazası tikilə bilər
  02 İyul 2022    Oxunub:2124
Albaniya NATO ilə Adriatik sahillərində tikilməkdə olan Porto Romano limanında dəniz bazasının yaradılması üzrə danışıqlar aparır.
“Reuters” agentliyi ölkə hökuməti ilə Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) arasında aparılan danışıqlardan yazıb. Bazanın NATO və Albaniyanın birgə maliyyəsi ilə tikiləcəyi gözlənilir.

Albaniyanın Baş naziri Edi Rama sahilyanı Durres şəhəri yaxınlığında yerləşən Porto Romanonun kommersiya sektoru ilə yanaşı, hərbi dəniz bazası da olacağını bildirib. O, həmçinin bildirib ki, Albaniya NATO-ya 1950-ci illərdə 12 sualtı qayığın yerləşdiyi Tirandan təxminən 200 kilometr cənubda yerləşən Paşaliman hərbi dəniz bazasından istifadə etməyi təklif edir. Bu bazanın özəlliyi onun Adriatik və İon dənizlərinin kəsişməsində yerləşməsidir.

“Biz tezliklə Brüsselə qayıdıb öz təklifimizi müzakirə etməyə davam edəcəyik. Durres limanında NATO-nun hərbi dəniz bazasının yerləşdirilməsi ilə bağlı müzakirələrə davam edəcəyik”.

AzVision.az


Teqlər:





Xəbər lenti